Külək güclənib, dağlıq ərazilərə qar yağıb - Faktiki hava

09:48 19.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda martın 19-da saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bildirilib ki, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, , Tovuzda 20 m/s, Mingəçevir, Daşkəsən, Naftalan və Yardımlıda 18 m/s, Şamaxıda 16 m/s, Şəki və Şuşada 15 m/s-dək güclənib.

Dağlıq ərazilərə qar yağıb, qarın hündürlüyü Şahdağda 2 sm təşkil edir.